Goranboyda piyadanı vurub qaçan Gürcüstan vətəndaşı həbs edilib - RƏSMİ

Goranboyda piyadanı vurub qaçan Gürcüstan vətəndaşı həbs edilib - RƏSMİ Bakı. 7 mart. REPORT.AZ/ Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində, təxminən, 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb.
Hadisə
7 Mart , 2019 15:58
Goranboyda piyadanı vurub qaçan Gürcüstan vətəndaşı həbs edilib - RƏSMİ

Bakı. 7 mart. REPORT.AZ/ Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində, təxminən, 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb.

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, ilkin araşdırmalarla 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjovun idarə etdiyi “Volvo S80” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Martın 7-də M.Gradjova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi