Goranboyda Gürcüstana məxsus yük avtomobili qəzaya düşüb - FOTO

Goranboyda Gürcüstana məxsus yük avtomobili qəzaya düşüb - FOTO Sürücü yaralanıb, yol təsərrüfatına ziyan dəyib
Hadisə
9 Avqust , 2017 17:55
Goranboyda Gürcüstana məxsus yük avtomobili qəzaya düşüb - FOTO
Report.az

Goranboy. 9 avqust. REPORT.AZ/ Goranboyda Gürcüstana məxsus yük avtomobili qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, "IVECO" markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək yolun dəmir arakəsmələrinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb. Lakin təxminən 30-35 metr arakəsmənin dağılması nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi