Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: bir ölü

Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: bir ölü Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Avqust , 2016 12:02
Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: bir ölü

Bakı. 16 avqust. REPORT.AZ/ Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb.

Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi