Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Hadisə
164
31 Mart , 2021 14:43
Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 9 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

Son xəbərlər

Orphus sistemi