Goranboyda ər arvadına şüşə qırıntısı ilə ölümcül xəsarət yetirib

Goranboyda ər arvadına şüşə qırıntısı ilə ölümcül xəsarət yetirib Amil Abdullayev hadisə yerindən qaçıb
Hadisə
10 Avqust , 2017 15:35
Goranboyda ər arvadına şüşə qırıntısı ilə ölümcül xəsarət yetirib

Goranboy. 10 avqust. REPORT.AZ/ Goranboyda ər arvadına ağır xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xınalı kəndində baş verib.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.

Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.

Qeyd edək ki, ailənin 3 övladı var.

Son xəbərlər

Orphus sistemi