Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib

Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Hadisə
8 Mart , 2022 11:56
Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib

Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.

Ümumilikdə 40 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi