Goranboy. 10 dekabr. REPORT.AZ/ Axşam saatlarında Goranboy rayonunda ardarda ikinci yol qəzası baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun Zeynallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hüseyn Rzazadə adlı 22 yaşlı gənc "Mercedes" markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb. Müxtəlif bədən xəsarətləri alan sürücü Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə saat öncə Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində 3 nəfərin ölümü ilə nəticələnən başqa bir yol qəzası da baş verib.