Goranboyda bir ailə yol qəzasına düşüb

Goranboyda bir ailə yol qəzasına düşüb Goranboy rayonunda avtomobil qəzası baş verib.
Hadisə
26 iyun 2020 16:35
Goranboyda bir ailə yol qəzasına düşüb

Goranboy rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağcakənd kəndində qeydə alınıb. 

Qəza nəticəsində 4 nəfər - 1989-cu il təvəllüdlü Günel Şirinova, onun bacısı, 1985-ci il təvəllüdlü Günay Şirinova, 1985-ci il təvəllüdlü Elşən İsmayılov və digər avtomobildə olan 1984-cü il təvəllüdlü Bəxtiyar Kazımov xəsarət alıblar. Onlar xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi