​Goranboyda baş verən yol qəzasında heyvanat tələf olub

​Goranboyda baş verən yol qəzasında heyvanat tələf olub Heyvan sahibinə min manatdan çox maddi ziyan dəyib
Hadisə
8 Noyabr , 2015 20:02
​Goranboyda baş verən yol qəzasında heyvanat tələf olub

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Goranboy rayonunda baş verən yol qəzasında heyvan tələfatı qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib.

Naftalan şəhəri istiqamətində hərəkətdə olan "Ford" markalı avtomobil kənardan qəfil yola çıxan qoyunlardan bir neçəsini vurub. Nəticədə kənd sakini İlham Abdullayeva məxsus 6 baş qoyun tələf olub və daha 2 qoyun yaralanıb.

Heyvan sahibinə min manatdan çox maddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi