Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
16 Avqust , 2022 21:19
Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qarqucaq kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Məmmədli Rahim Göyüş oğlu, 1998-ci il təvəllüdlü Orucov Məqsəd Mübariz oğlu və 1998-ci il təvəllüdlü Kərimov Nurlan Müqədim oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi