Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Noyabr , 2018 10:13
Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Goranboy. 24 noyabr. REPORT.AZ/ Goranboy rayonunda avtomobilin vurduğu piyada yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, Ə.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.


*** 00:10

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Veysli kəndində qeydə alınıb.

Belə ki, avtomobil 1957-ci il təvəllüdlü Əjdər İsmayıl oğlu Quliyevi vurub. Ağır xəsarət alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi