Goranboyda avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb

Goranboyda avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb Goranboy. 21 avqust. REPORT.AZ/ Goranboy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Avqust , 2018 23:26
Goranboyda avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb

Goranboy. 21 avqust. REPORT.AZ/ Goranboy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1974-cü il təvəllüdlü Başqışlaq kənd sakini Qasımov Ağa Əliş oğlu Safikürd kəndinə gedən yolda avtomobili aşırdıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi