Yuxarı

Goranboyda avtomobil vuran piyada xəstəxanada ölüb

​Goranboyda avtomobil vuran piyada xəstəxanada ölüb

Goranboy rayonunda avtomobil vuran piyada xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bir neçə gün öncə avtomobil vuran, Goranboy rayon Nadir kənd sakini, 1959-cu il təvəllüdlü Vaqif Cabbar oğlu Abdıyev bu gün yerləşdirildiyi xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisəni törədən şəxs onun qohumu olub. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi