Yuxarı

Goranboyda maşında yanaraq ölənlərin şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB-2

Goranboyda avtomobil qəzaya uğrayaraq yanıb, ölənlər var

Goranboy rayonunda avtomobildə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Gəncə şəhər Yeni Gəncə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Vüsal Cümşüd oğlu və Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Əmiraslanova Zəminə Vaqif qızıdır.

Hər iki meyit ailəsinə təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


***16:41

Video əlavə olunub


*** 01:41

Goranboyda yanğınla və ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

"Ford" markalı 20-CH-879 dövlət nömrə nişanlı avtomobilin 1978-ci il təvəllüdlü Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi, 09-BL-987 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilində yanğın baş verib. Nəticədə şəxsiyyətləri hələlik məlum olmayan 2 nəfər hadisə yerində yanaraq ölüblər.

Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl də rayonun Borsunlu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi