Goranboyda ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Goranboyda ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2 Dekabr , 2021 22:42
Goranboyda ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub
0 : 00
0 : 00

Goranboyda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iki minik avtomobilinin toqquşması zamanı 1991-ci il təvəllüdlü Baxış Hüseynov, 1987-ci il təvəllüdlü Raquf Cəfərov, 1990-cı il təvəllüdlü Esmira Cəfərova və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Qeyd edək ki, hadisə Rəhimli kəndində qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:35

Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Rəhimli kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində üçü bir ailənin üzvü olmaqla, dörd nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi