Goranboyda avtomobil piyadanı vurub

Goranboyda avtomobil piyadanı vurub Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
23 Sentyabr , 2019 22:05
Goranboyda avtomobil piyadanı vurub
xəstəxana

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1987-ci il təvəllüdlü Əlizamin Abbasovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi