Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Noyabr , 2018 12:44
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboy. 26 noyabr. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini Cümşüd Qurbanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Heydər Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır. 



*** 10:21

Goranboy. 26 noyabr. REPORT.AZ/ Goranboy rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində baş verib. 

Belə ki, “VAZ-2106” markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Ağır bədən xəsarətləri alan orta yaşlı kişi təcili yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümükün olmayıb. O, yerləşdirldiyi xətəxanada ölüb.  

Faktla bağlı araşdırmalara başlanılıb. 



Son xəbərlər

Orphus sistemi