Goranboyda avtomobil ayaqyoluna çırpılıb, xəsarət alan var

Goranboyda avtomobil ayaqyoluna çırpılıb, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
30 avqust 2017 16:10
Goranboyda avtomobil ayaqyoluna çırpılıb, xəsarət alan var

Goranboy. 30 avqust. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. 

Belə ki, Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Veyis Çoşqun oğlu Məmmədov "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yol kənarındakı ayaqyoluna çırpıb. Avtomobilin ayaqyolunu dağıdaraq içəri girməsi nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi