Goranboyda minik avtomobilinin aşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Goranboyda minik avtomobilinin aşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB Hadisə Xanqərvənd-Qızılhacılı yolunda qeydə alınıb
Hadisə
8 Oktyabr , 2017 12:09
Goranboyda minik avtomobilinin aşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB
Foto: Report.az

Goranboy. 8 oktyabr. REPORT.AZ/ Goranboyda minik avtomobilinin aşması nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində 3 nəfər yaralanıb və bunlar 1959-cu il təvəllüdlü Həsənov Hökümdar Həbib oğlu, Məmmədov Elşad Füruz oğlu (1961) və Əzizova Esmira Qurban qızıdır (1962).


Goranboy. 8 oktyabr. REPORT.AZ/ Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd-Qızılhacılı yolunda qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və sərnişinləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi