Goranboyda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Noyabr , 2015 11:55
Goranboyda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Bakı. 3 noyabr. REPORT.AZ/ Goranboy rayonunda iki nəfərin ağır xəsarətlər alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Bakı - Qazax avtomagistralının Goran ərazisindən keçən hissəsində qeydə alınıb. 

Sumay Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirərək aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və onun Fuad adlı sərnişini ətrafdakı insanların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, hər iki zərərçəkənin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi