Goranboyda avtomobil aşıb, sürücü yaralanıb, atası isə ölüb - YENİLƏNİB

Goranboyda avtomobil aşıb, sürücü yaralanıb, atası isə ölüb - YENİLƏNİB Goranboyda baş verən yol qəzası zamanı ölən və yaralananların şəxsiyyətləri məlum olub.
Hadisə
12 Avqust , 2019 21:53
Goranboyda avtomobil aşıb, sürücü yaralanıb, atası isə ölüb - YENİLƏNİB

Goranboyda baş verən yol qəzası zamanı ölən və yaralananların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Kəpənəkçi kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb. 

Qəza zamanı habelə sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***21:34

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi