Goranboyda avtomobil ağaca çırpıldı, ölən var

Goranboyda avtomobil ağaca çırpıldı, ölən var Goranboyda xəsaətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 Avqust , 2020 08:53
Goranboyda avtomobil ağaca çırpıldı, ölən var

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xoylu kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan, Goranboy rayon Qaradağlı kənd sakini, 1991-ci il təvəllüdlü Məhərrəm Musayev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi