Goranboy. 22 iyun. REPORT.AZ/ Goranboy sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yerli sakin dağda olan zaman at onu vurub.
Zərərçəkmiş yaxınları tərəfindən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.