Goranboyda ana və övladı yanıq xəsarətləri aldı

Goranboyda ana və övladı yanıq xəsarətləri aldı Goranboy rayonunda bir ailənin iki üzvü yanıq xəsarətləri alıb.
Hadisə
20 İyun , 2020 23:31
Goranboyda ana və övladı yanıq xəsarətləri aldı

Goranboy rayonunda bir ailənin iki üzvü yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qaradağlı kəndində qeydə alınıb.

Kənd sakini bıçılmış taxil sahəsində quru otları yandıran zaman uşaq alovun olduğu əraziyə girib. Bu zaman 27 yaşlı G.Əliyeva övladını yanğından xilas etmək istəyib. Nəticədə onların hər ikisi yanıq xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya aparılıb. Azyaşlı daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

G.Əliyevanın vəziyyətinin kafi, azyaşlının vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi