Goranboyda ağır yol qəzasında ölən və yaralananların adı məlum olub - YENİLƏNİB - SİYAHI - FOTO

Goranboyda ağır yol qəzasında ölən və yaralananların adı məlum olub - YENİLƏNİB - SİYAHI - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Aprel , 2018 14:04
Goranboyda ağır yol qəzasında ölən və yaralananların adı məlum olub - YENİLƏNİB - SİYAHI - FOTO
Report

Goranboy. 10 aprel. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz  Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hadisə nəticəsində iki nəfər - Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırıldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb. 


Goranboy. 10 aprel. REPORT.AZ/ Goranboy rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi