Goranboyda ağır yol qəzası: ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB

Goranboyda ağır yol qəzası: ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2016 19:33
Goranboyda ağır yol qəzası: ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB

Bakı. 8 dekabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, Bakı şəhərindən Qazax rayonuna hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Goranboy rayonu Kələk kənd sakini, 62 yaşlı Nəsrəddin Məmmədov ölüb, rayonun Şıxlar kənd sakini, 1969-cu il təvəllüdlü Hamil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi