Goranboyda sanatoriya rəhbərinin törətdiyi yol qəzasında ölən və yaralanan qadınların adları məlum olub - YENİLƏNİB-2 - FOTO

Goranboyda sanatoriya rəhbərinin törətdiyi yol qəzasında ölən və yaralanan qadınların adları məlum olub - YENİLƏNİB-2 - FOTO Hadisə maşının aşması nəticəsində baş verib
Hadisə
18 İyul , 2017 22:39
Goranboyda sanatoriya rəhbərinin törətdiyi yol qəzasında ölən və yaralanan qadınların adları məlum olub - YENİLƏNİB-2 - FOTO
Foto: Report.az

Goranboy. 18 iyul. REPORT.AZ/ Goranboyda sanatoriya rəhbərinin törətdiyi yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, ölən qadın sərnişin 1975-ci il təvəllüdlü Hacıyeva Sahibə Cuma qızı, yaralananlar - Əmirova Arifə Tahir qızı (1973), Qarayeva Gülnarə Ağəli qızı (1969) və Hüseynova Ceyhunə Nəriman qızıdır (1961).


***22:20

Goranboyda baş vermiş avtomobil qəzasında xəsarət alanlardan biri Naftalan şəhərindəki sanatoriyalardan birinin rəhbəridir.

"Report"un Qərb bürosu xəbər verir ki, o, "Hundai Santa Fe" markalı avtomobilin sükanı arxasında idarəetməni itirərək maşını yol kanarına aşırıb. Qəza zamanı xanım sürücü və onun iş yoldaşı olan 3 qadın yaralanıb. Onlardan biri, Səbinə adlı xanım sonradan xəstəxanada keçinib.

Gəncə şəhərindəki Mərkəzi Kilinikaya yerləşdirilən yaralıların şəxsiyyəti hələlik açıqlanmır.


***20:37

Goranboyda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib. Qəza zamanı 5 nəfər xəsarət alıb. Onlardan 4-nün qadın olduğu bildirilir. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların arasında ağır vəziyyətdə olanlar da var. 

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi