Goranboyda ağır yanıq xəsarətləri almış qadın dünyasını dəyişib - FOTO - YENİLƏNİB

Goranboyda ağır yanıq xəsarətləri almış qadın dünyasını dəyişib - FOTO - YENİLƏNİB Nəhayət Cabbarova hamam sobasını yandırmaq istəyərkən ağır yanıq xəsarətləri almışdı
Hadisə
15 Yanvar , 2017 11:07
Goranboyda ağır yanıq xəsarətləri almış qadın dünyasını dəyişib - FOTO - YENİLƏNİB

Goranboy. 15 yanvar. REPORt.AZ/ Goranboy rayonunda yanıəq xəsarətləri alan 52 yaşlı qadın xəstəxanada ölüb. 

Bu barədə "Report"un Qərb bürosuna Goranboy Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.

Bildirilib ki, dördüncü dərəcəli yanıq xəsarətləri almış N. Cabbarova həkimlərin müdaxilələrinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, qadın ata evində qardaşı ilə birgə yaşayırmış.


***9:12


Goranboy. 15 yanvar. REPORT.AZ/ Goranboy rayonunda ikinci qrup əlil olan 52 yaşlı qadın yanıb. 

"Report"un məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

Belə ki, həmin kəndin kənd sakini 1965-ci il təvəllüdlü Nəhayət Cabbarova yaşadığı evin həyətindəki hamam sobasını yandırmaq istəyərkən ağır yanıq xəsarətləri alıb.

N. Cabbarova yaxınlarının köməyi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılaraq  Reanimasiya şöbəsinə yerləşdirib.

Son xəbərlər

Orphus sistemi