Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var 

Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var  Goranboy rayonunun Səfıkürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
Hadisə
11 dekabr 2022 11:25
Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var 

Goranboy rayonunun Səfikürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.

Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar bunlardır:

Zeynalova Günel (1982),
Rəhimli Bibixanım (2005),
Rəhimli İlhamə (1984),
Zeynalov İlqar (1977),
Məmmədov Dünyamalı (1966),
Qəribov Nizami (2008),
Zeynalova Aysu (2006).

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi