Goranboyda ağacdan yıxılan yeniyetmə kəllə-beyin travması alıb

Goranboyda ağacdan yıxılan yeniyetmə kəllə-beyin travması alıb O, xəstəxanaya yerləşdirilib
Hadisə
11 Avqust , 2016 14:17
Goranboyda ağacdan yıxılan yeniyetmə kəllə-beyin travması alıb

Goranboy. 11 avqust. REPORT.AZ/ Goranboy rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, Kürəkçay kəndində əncir yığmaq məqsədilə ağaca çıxan 15 yaşlı Məhəbbət Arif oğlu Məmmədov yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı valideyinlərinin köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi