Goranboyda 45 yaşlı kişi bıçaqlanıb

Goranboyda 45 yaşlı kişi bıçaqlanıb Hadisə rayonun Yeni kənd ərazisindən baş verib
Hadisə
4 Avqust , 2017 00:07
Goranboyda 45 yaşlı kişi bıçaqlanıb

Goranboy. 4 avqust. REPORT.AZ/ Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisindən baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Şahin Əmiraslan oğlu Rzayev hələki bilinməyən mübahisə zəminində bıçaqlanıb. O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər tərəfindən əməliyyat edilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi