Yuxarı

​Goranboyda 4 bal gücündə zəlzələ olub

Zəlzələ ətraf rayonlarda hiss olunub

Bakı. 26 may. REPORT.AZ/ Bu gün yerli vaxtla saat 06:20 radələrində Mingəçevirdən 32 km qərbdə Goranboy-Yevlax sərhədində zəlzələ qeydə alınıb.

"Report" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Yeraltı təkanlar 17 km dərinlikdə qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda hiss olunub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi