Goranboyda 35 yaşlı kişi bıçaqlandı

Goranboyda 35 yaşlı kişi bıçaqlandı Goranboy rayonunda bıçaqlanma hadisəsi olub
Hadisə
20 Mart , 2021 22:31
Goranboyda 35 yaşlı kişi bıçaqlandı

Goranboy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Dəliməmədli şəhərində qeydə alınıb. Goranboy rayon sakini, 35 yaşlı Azər Şərifov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, münaqişəyə tərəflər arasında borc pul üstündə mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi