Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb.
Hadisə
2 Noyabr , 2019 10:09
Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi