Bakı. 02 noyabr. REPORT.AZ/ Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Report"-un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Xoylu kəndi ərazisində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən "Qazel" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində “VAZ” da olan Gəncə şəhər sakinləri, Quliyev Saday Sədir oğlu, onun həyat yoldaşı Həvayət Quliyevə və oğlu Sədir Quliyev bədən xəsarətləri alıblar.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.