Goranboyda 28 yaşlı qadın yanıq xəsarətləri alıb 

Goranboyda 28 yaşlı qadın yanıq xəsarətləri alıb  Goranboy rayonunda gənc qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Hadisə
20 avqust 2021 05:41
Goranboyda 28 yaşlı qadın yanıq xəsarətləri alıb 

Goranboy rayonunda gənc qadın yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goranboy rayon Qarasuçu kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü T.Bayramova yaşadığı evdə ehtiyatsızlıqdan qaynar suyun üzərinə tökülməsi səbəbindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. İkinci və üçüncü dərəcəli yanıq xəsarətləri alan qadının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi