Goranboyda 27 yaşlı oğlanı ilan sancıb

Goranboyda 27 yaşlı oğlanı ilan sancıb Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir
Hadisə
27 İyun , 2017 16:38
Goranboyda 27 yaşlı oğlanı ilan sancıb

Goranboy. 27 iyun. REPORT.AZ/ Goranboy rayonunda yerli sakini ilan sancıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. Orada əkin sahəsində işləyən 1990-cı il təvəllüdlü İntiqam Əsgərovu əlindən ilan sancıb. 

O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi