Goranboyda 25 yaşlı gənc borc üstündə döyülüb

Goranboyda 25 yaşlı gənc borc üstündə döyülüb Goranboy. 29 mart. REPORT.AZ/ Goranboy rayon sakini borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb.
Hadisə
29 Mart , 2018 18:50
Goranboyda 25 yaşlı gənc borc üstündə döyülüb

Goranboy. 29 mart. REPORT.AZ/ Goranboy rayon sakini borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Goran" stansiyası ərazisində qeydə alınıb.

Belə ki, rayonun Boluslu kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Mövsüm oğlu Əliyev borclu olduğu 1990-cı il təvəllüdlü İlkin İmamquliyevlə görüşüb. İ.İmamquliyev ondan 40 manat borcunu tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və nəticədə İ.İmamquliyev tanışı, 1983-cü il təvəllüdlü Ramin Musayevlə birgə H.Əliyevi döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, hadisəni törədən hər iki şəxs sərxoş olub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi