Goranboy. 15 iyun. REPORT.AZ/ Goranboy rayonunda 2 yeniyetmə suda boğularaq ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir maşın kanalının Dəliməmmədli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 14-15 yaşlı iki oğlan su kanalında çimərkən boğulub. Hadisə yerinə gələn xilasedicilər tərəfindən onların hər ikisinin meyiti sudan çıxarılıb. Bunlar Goranboy rayon sakini Bayramov Məhəmməd Elçin oğlu və Vəliyev Bayram Taleh oğludur.
Faktla bağlı araşdırma aparılır.