Goranboy rayonunda 19 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2004-cü il təvəllüdlü Əmirov Mənsur Yusif oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, avtomobili M. Əmirovun qardaşı idarə edirmiş.
Hadisənin təfərrüatı araşdırılır.