Goranboy və Yevlaxda avtomobil qəzaları baş verib, xəsarət alanlar var

Goranboy və Yevlaxda avtomobil qəzaları baş verib, xəsarət alanlar var Goranboy. 5 yanvar. REPORT.AZ/ Goranboy və Yevlax rayonlarında xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
5 Yanvar , 2018 23:18
Goranboy və Yevlaxda avtomobil qəzaları baş verib, xəsarət alanlar var

Goranboy. 5 yanvar. REPORT.AZ/ Goranboy və Yevlax rayonlarında xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Yuxarı Ağcakənd ərazisində idarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində sürücü, Göygöl rayon sakini, 1960-cı il təvəllüdlü Mehrab Məstan oğlu Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha bir avtoqəza isə Yevlax şəhər ərazisində baş verib. Belə ki, "VAZ" markalı avtomobilin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində sürücü, Yevlax şəhər sakini, 1983-cü il təvəllüdlü Zaur Murad oğlu Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Baş vermiş avtoqəzalarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi