Goranboy sakinini ilan sancıb

Goranboy sakinini ilan sancıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Avqust , 2017 10:27
Goranboy sakinini ilan sancıb
Report.az

Goranboy. 11 avqust. REPORT.AZ/ Goranboy sakinini ilan sancıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Gürzallılar kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Aqil Həsən oğlu Həsənov həyətyanı sahədə işləyən zaman sağ bud nahiyəsindən ilan sancıb. Ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan A.Həsənova tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi