Yuxarı

Goranboy sakinini cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Goranboy sakinini cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Goranboy. 19 dekabr. REPORT.AZ/ Goranboy rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən yerli sakinin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yəhərçi Qazaxlar kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Əli Abduləli oğlu həyətlərindəki su quyusunda ola nasosu işə salmaq istəyərkən onu elektrik cərəyanı vuraraq öürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***9:59

Goranboy. 19 dekabr. REPORT.AZ/ Goranboy rayonunda yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.  

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yəhərçi Qazaxlar kənd ərazisində baş verib.

Belə ki, hələlik adı məlum olmayan kənd sakinin meyiti yaxınları tərəfindən həyətlərində olan su quyusunun yanında tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları gəlib. Meyit tibbi yardım maşını ilə morqa aparılıb. Onun elektrik cərəyanı vurması nəticəsində öldüyü təsdiqlənib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi