Goranboy sakini intihara cəhd edib

Goranboy sakini intihara cəhd edib 1976-ci il təvəllüdlü Mail Məmmədov odlu silahdan özünə atəş açıb
Hadisə
26 Avqust , 2016 01:39
Goranboy sakini intihara cəhd edib

Goranboy. 26 avqust. REPORT.AZ/ Goranboy sakini intihara cəhd edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yolpaq kəndində baş verib.

Belə ki, 1976-ci il təvəllüdlü Mail Camal oğlu Məmmədov odlu silahdan özünə atəş açaraq intihara cəhd edib. Ağır bədən yarası alan sakin dərhal ailə üzvlərinin köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hazırda döş qəfəsindən aldığı yaradan əməliyyat olunan Mail Məmmədovun vəziyyətini həkimlər ağır qiymətləndirir.

Faktı Goranboy polisi araşdırır.  

Son xəbərlər

Orphus sistemi