​Goranboy rayonunda dəmir köşk yanıb

​Goranboy rayonunda dəmir köşk yanıb Yaxınlıqdakı mebel mağazası yanğından mühafizə olunub
Hadisə
24 May , 2015 19:21
​Goranboy rayonunda dəmir köşk yanıb

Bakı. 24 may. REPORT.AZ/Bu gün günorta saatlarında Goranboy rayonunun Goran qəsəbəsində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü və içərisinə yığılmış taxta qırıntıları yanıb.

Yaxınlıqdakı mebel mağazası yanğından mühafizə olunub. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi