Goranboy rayonu ərazisində silah-sursat aşkar edilib

Goranboy rayonu ərazisində silah-sursat aşkar edilib Hazırda silahların hansısa cinayət əməlində istifadə olunub-olunmaması araşdırılır
Hadisə
1 Noyabr , 2017 00:08
Goranboy rayonu ərazisində silah-sursat aşkar edilib

Goranboy. 1 noyabr. REPORT.AZ/ Goranboy rayonu ərazisində silah-sursat aşkar edilib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Ağcakənd kəndi ərazisində yol kənarında silah-sursat olması ilə bağlı polisə məlumat daxil olub.

Əraziyə nəzarət edən Xocalı rayon Polis şöbəsinin əməkdaşları bildirilən yerə gedərək orada 6 ədəd “AK-47 Kalaşnikov” avtomatına aid sandıq, 4 ədəd əl qumbarasına aid alışdırıcı, 7 ədəd əl qumbarası, 2,5 metr uzunluğunda güllə darağı, 1 ədəd kustar üsulla düzəldilmiş tapança, 16 kalibrli ov tüfənginə aid lülə və 497 ədəd müxtəlif növ güllələr aşkar edərək götürüblər.

Hazırda aşkarlanan silahların hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi