Goranboy-Naftalan yolunda avtomobil aşıb

Goranboy-Naftalan yolunda avtomobil aşıb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Sentyabr , 2017 09:21
Goranboy-Naftalan yolunda avtomobil aşıb

Goranboy. 5 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Goranboy-Naftalan yolunda baş verib. 

Belə ki, Naftalan rayon sakini, 1978-ci il təvəllüdlü Ülfət Rafael oğlu Həsənov idarə etdiyi avtomobili aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi