Gömrükdən yuyucu tozun içərisində 6 mobil telefon keçirilməsinin qarşısı alınıb

Gömrükdən yuyucu tozun içərisində 6 mobil telefon keçirilməsinin qarşısı alınıb Eyni zamanda, mobil telefonlara aid aksesuarlar aşkar edilərək götürülüb
Hadisə
17 Dekabr , 2016 12:21
Gömrükdən yuyucu tozun içərisində 6 mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda baxış zamanı avtomobilin yük yerində olan yuyucu tozun içərisində, gömrük nəzarətindən gizlədilmiş halda 1 ədəd “Samsung Galaxy J7 Prime”, 3 ədəd “Samsung Galaxy J5”, 1 ədəd “Samsung Galaxy J3” və 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 21 ədəd USB kabel, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd “qulaqcıq və 17 ədəd adapter aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi