Gömrükçülər Türkiyə vətəndaşının Azərbaycana qanunsuz dərman keçirməsinin qarşısını alıb

Gömrükçülər Türkiyə vətəndaşının Azərbaycana qanunsuz dərman keçirməsinin qarşısını alıb Bununla bağlı "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb
Hadisə
7 İyul , 2020 11:24
Gömrükçülər Türkiyə vətəndaşının Azərbaycana qanunsuz dərman keçirməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını  alıblar.

Bu barədə Report" DGK-ya istinadən xəbər verir.

Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük 

baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi