Gömrükçülər siqareti müsadirə edib

Gömrükçülər siqareti müsadirə edib Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
23 Sentyabr , 2020 10:47
Gömrükçülər siqareti müsadirə edib

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2 200 ədəd "Marlboro Edge" markalı siqaret aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi